Premyer Liqada türk gecəsi: Cengiz izlədi, Çağlar və İlkay sevindi, Ozan Kabak məğlubiyyətlə başladı – VİDEO

0
269

İngiltərə Premyer Liqasında 24-cü turun oyunları davam edir.

Turun iki önəmli qarşılaşması bir gündə baş tutub.

Əvvəlcə liderlər qrupunda qərarlaşan iki komanda – “Lester”lə “Liverpul” birincilərin meydanında üz-üzə gəliblər.

Bu qarşılaşma Premyer Liqada çıxış edən türk futbolçuların mübarizəsi baxımından da maraqlı idi.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Lester”in heyətində Çağlar Söyüncü, “Liverpul”da isə debüt oyununa çıxan Ozan Kabak start heyətində başladıqları matçı əvəzolunmadan tamamlayıblar. Meydan sahiblərinin digər türk oyunçusu Cengiz Ündər isə qələbəni ehtiyat oyunçular skamyasından izləyib.

Turun digər maraqlı oyununda isə “Mançester Siti” “Tottenhem”i məğlub edib. Xosep Qvardiolanın komandası 3 xalı 3 qolla əldə  edib.

Bu qarşılaşmaya da türk oyunçu damğa vurub. Almaniya millisinin Türkiyə əsilli yarımmüdafiəçisi İlkay Gündoğan dubl edərək həm komandasının qələbəsində önəmli rol oynayıb, həm də son 11 oyunda 11-ci qolunu vuraraq möhtəşəm çıxışını davam etdirib.