Poroşenko tələb etdi: Bu kanal bağlansın…

0
89

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluqdan sanksiyalara məruz qalan deputatlara qarşı dərhal prosessual hərəkətə keçmələrini gözləyirəm.

Bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.

Poroşenko eyni zamanda “Naş” kanalının bağlanmasını da tələb edib. Onun sözlərinə görə, Kozak və Medvedçukun kanallarının bağlanmasından sonra “Naş” Rusiya propaqandasının əsas ruporuna çevrilib.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası deputat Viktor Medvedçuk və həyat yoldaşı Oksana Marçenkoya sanksiya tətbiq edib.