Polkovnik: “Vətən müharibəsi göstərdi ki, ordumuz tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib”

0
37

Məlum olduğu kimi, ötən ilin 27 sentyabr tarixində Azərbaycan ordusu düşmənin növbəti təxribatına cavab olaraq uğurlu əks-hücum əməliyyatına başladı. Əməliyyatın əsas məqsədi 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan əzəli torpaqlarımızı azad etmək idi. Bunun üçün Azərbaycan Ordusu dəmir yumruq altında birləşərək əməliyyata başladı.

Bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının zabiti, polkovnik Pərviz İbrahimov deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi hərbi hissənin kollektivi raket və artilleriya qoşunları qruplaşmasının tərkibində əks-hücum əməliyyatında düşmənə tək və qrup raket zərbələri endirməklə onun bir sıra müxtəlif obyektlərini, tank və motoatıcı, piyada, raket bölmələrini, artilleriya batareyalarını və digər məntəqələrini məhv edib:

“Bununla da Azərbaycan Ordusu qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmiş oldu. Hərbi hissəmiz post-müharibə dövründə, hazırkı dönəm üçün döyüş proqramına uyğun olaraq bölmələrin səhra vərdişlərinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir. Vətən müharibəsinin nəticələri onu göstərir ki, Azərbaycan Ordusu qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib”.