Paytaxta avtobusla gediş-gəliş bərpa ediləcək? – Açıqlama

0
54

Fevralın 15-dən ali təhsil müəssisələrində əyani təhsilin bərpa edilməsi ilə əlaqədar sabahdan bölgələrdə yaşayan tələbələrin paxtaxta gəlməsi gözlənilir. Bəs görəsən, bununla əlaqədar paytaxtla bölgələr arasında avtobusla gediş-gəliş bərpa ediləcəkmi?

Məsələ ilə bağlı açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hələlik bununla bağlı qərar qəbul edilməyib:

“Bu məsələ ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edir. Əgər belə bir qərar olarsa, bu, bir gün əvvəldən ictimaiyyətə açıqlanacaq. Hazırda isə belə bir qərar yoxdur”.