Paşinyan Putinə zəng etdi

0
328

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə baş verən hadisələrlə bağlı Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib, bütün tərəfləri təmkinli olmağa çağırıb”, – Peskov bildirib.