Paşinyan kütləvi həbsləri başlatdı – Ermənistan çalxalanır

0
92

Ermənistanın paytaxtı İrəvanda mitinq və yürüşlər keçirilir.

İqtisadiyyat Nazirliyinin binası qarşısında toplaşan etirazçılar baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi kabinetin istefasını tələb edir.

Müxalifətin onlarla etirazçısının polisə aparıldığı bildirilir.

Həbs olunanlar arasında həmkarlar ittifaqının sədri Taron Qəzaryanın, həmçinin ARF fəalı Ayk Manukyanın olduğu qeyd edilir.

Ermənistan polisinin mövcud hökumətin əlində oyuncaq və cinayətkar fəaliyyətlərinin qarantı olaraq qaldığı deyilir.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başladı. Bir sıra müxalifət qüvvələri Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanın hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürdü. Müxalifət nazirlər kabinetini buraxmağı, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir.