Nazirlər Kabinetinin əməkdaşları peyvənd olunur

0
85

“Bu gün Nazirlər Kabinetinin 32 işçisi koronavirus əleyhinə vaksin vurdurmağa başlayıb”.

Bunu Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasının infeksionist Maisə Heybətova deyib.

O qeyd edib ki, Azərbaycana gətirilən vaksinin heç bir təhlükəsi yoxdur:

“Dövlət qurumu əməkdaşlarına da Çinin Sinovac şirkəti tərəfindən hazırlanan  “CoronaVac” vaksini vurulur”.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. 

Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.