“NASA”nın kosmik aparatı Mars planetinə eniş etdi – YENİLƏNİB + VİDEO

0
90

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) “Perseverance” adlı kosmik aparatı Mars planetinin səthinə eniş edib.

Cihazın enişi və planet səthindən əldə etdiyi ilk görüntülər qurumun rəsmi “Youtube” səhifəsindən canlı olaraq yayımlanıb.

Aparatın enişi qırmızı planetin atmosferinin üst qatlarına çatmasından sonra başlanıb. 7 dəqiqə ərzində davam edən eniş prosesində aparat sürətini 20 000 km/saatdan 3.2 km/saatadək azaldıb. Onun Marsın Ezero kraterinə eniş etdiyi bildirilib.

Qeyd edək ki, “Perseverance” qonşu kürəyə eniş edən sayca beşinci NASA aparatıdır.

Aparatın Marsdan çəkdiyi ilk fotonu təqdim edirik:

00:20

“NASA”nın “Perseverance Rover” aparatı yeddi aylıq səfərdən sonra Mars planetinə eniş edir və bu tarixi anlar canlı yayımlanır.

Görüntüləri “NASA”nın “Youtube” kanalından izləyə bilərsiniz.