Moskvaya son 48 ilin ən güclü qarı yağdı – FOTO

0
357

Moskva və ətraf şəhərlərə son 48 ilin ən güclü qarı yağıb.

Moskvada qar örtüyünün hündürlüyü 40-50 sm-ə çatıb.

Məlumata görə bəzi yerlərdə qarın hündürlüyü 60 santimetrdən çox olub.

Güclü qar hava limanlarının hərəkətinə ciddi maneələr yaradıb və uçuş reyslərində gecikmələr baş verib. Hazırda Moskvanın özündə və digər bir sıra şəhərlərdə nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb..

Məlumata əsasən, havanın temperaturu -15, -20 dərəcə təşkil edir. Hazırda minlərlə avtomobilin tıxacda qaldığı və Moskvada 60 mindən çox insanın yolları təmizləmək üçün səfərbər olduğu bildirilir.