Lənkəranda karantin qaydalarını pozan üç obyekt aşkarlandı

0
74

Lənkəranda karantin qaydalarını pozan iaşə obyektləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin rejimi qaydalarının pozulduğu çay və kofe xidmətləri göstərilən “Coffee shop” iaşə obyekti və iki oyun salonu aşkar edilib. Həmin obyektlərlə bağlı altı şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar