Kamran Musayev övladını itirdi

0
48

Xəbər verdiyimiz kimi Mərkəzi Klinikanın Baş həkimi, Ürək-Damar Cərrahı, professor Kamran Musayevin
qızı rəhmətə getmişdır.
İctimai Nəzarət Koalisiyasının sədri,DAMM-nin 1-ci vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədovun Kamran Musayevin kədəri ilə bağlı feysbook səhifəsindəki paylaşımı qəlbləri riqqətə gətirdi:
“Dəyərli həkim dostumuz Kamran bəy, bu gün sizin yaşadığınız acı faciə, ən ağır faciə mənim taleyimdə 8 il bundan öncə 28 apreldə, 28 may küçəsində baş vermişdir. 13 yaşlı körpə Sunayımı itirdim. Bu gün hər bir valideyinin itirdiyi övlad üçün mənim çəkdiyim əzab və əziyyətlər heç bir insan üçün qəbul edilən, hiss edilən deyil. Bunu yalnız övlad acısı və ağrısı çəkən insanlar duya bilər. Bu gün sizin bu böyük dözülməz ağrı və faciənizə qoşularaq sizə dərin hüznlə başsağlığı verirəm.
Sizə Allahın ən böyük var-dövləti olan, ən böyük qiymətsiz hədiyyəsi olan böyük səbr diləyirəm.
Başın sağ olsun!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan xalqı!”

“ictimainezaret.info”