İzmirdə sel fəlakəti: ölənlər var

0
311

Türkiyənin İzmir şəhərinə yağan güclü leysan selə səbəb olub.

Şəhər mərkəzi, Aliağa, Foça və Dikli bölgələri sel suları altında qalıb.

Təbiət hadisəsi insanların gündəlik həyat fəaliyyətinə olduqca mənfi təsir göstərib. Bir sıra rayonlarda evləri, sosial obyektləri su basıb. Nəqliyyatın gediş-gəlişi tamamilə dayanıb.

Məlumata görə, sel fəlakəti nəticəsində 2 nəfər həyatını itirib.