İqtisadçıdan bədbin proqnoz: Qiymət artımının olması realdır

0
329

Dövlətin əlindəki istehsal sahələrini birdən-birə özəlləşdirməsi mümkün deyil. Ancaq idarəedilməyə verilməsi mümkündür. Adı çəkilən dörd şirkətin İnvestisiya Holdinqinə verilməsi həm də ondan xəbər verir ki, həmin şirkətlərin özündə də ciddi problemlər var.

b

Bunu iqtisadçı Natiq Cəfərli Prezident İlham Əliyev AZAL, Azərbaycan Dəmir Yolları, Bakı Metropoliteni və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “Bakı Bus” MMC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqininyaradılmasının əsas məqsədi dövlət şirkətlərinin rentaberli çalışmasını təmin etmək, izafi xərcləri azaltmaq, büdcədən maliyyələşməni kəsmək, yəni dotasiya alışını dayandırmaq, normal qazanc əldə etməni təmin etməkdir:

“Bundan əlavə, dövlət əmlakının özəlləşdirilməsi də İnvestisiya Holdinqinin tərkibində həyata keçiriləcək. İnvestisiya Holdinqi ilk növbədə dövlətdən dotasiya alan şirkətlərin izafi xərclərinin harada olduğu ilə bağlı ciddi bir audit yoxlaması aparmalıdır. Holdinq yeni yaradıldığından hələ ki, biz bunun şahidi ola bilmirik. Ümid edirəm ki, bundan sonra məsələyə diqqət olacaq. Bunun üçün də ilk növbədə xərclərin azaldılması yolları axtarılmalı, idarəetmənin sağlamlığı təmin edilməlidir. Bu iki problem həllini tapdıqdan sonra yerdə qalan problemlər həll edilə bilər”.

N.Cəfərlinin sözlərinə görə, bu 4 qurumun nə üçün ziyanla işlədiyi sualına cavab tapılmalıdır:

“Əgər səbəb izafi xərclər, tenderlərin və dövlət satınalınmalarının qeyri-şəffaf keçirilməsidirsə, şəffaf olmayan idarəetmədirsə, ilk olaraq bunlara qarşı mübarizə aparılmalıdır. Bundan sonra həmin şirkətlər qazancla işləyəcəksə, dövlətin nəzarətində qala bilər. Əgər ölkədə yerli investorlar varsa və ya xarici investorları ölkəyə cəlb ediləcəksə, deyə bilərəm ki, dövlətin əlindəki bu şirkətlərin özəlləşdirilməsi mümkündür. Təəssüf ki, qiymət artımının olması realdır. Onu da deyim ki, bir çox sahədə qiymət artımı özəlləşmədən öncə baş verəcək”.