İntihar edənlərin beynindəki fərq açıqlanıb

0
87

Xroniki depressiya beyindəki astrotsitlərin sayının kəskin azalması ilə əlaqəlidir.

Bu barədə Duqlas Universitetinin Psixi Sağlamlıq İnstitutunun kanadalı mütəxəssisləri bildirir.

Tədqiqatçılar intihar edən və depressiya diaqnozu qoyulan kişilərin beyin toxumasını zehni sağlam insanlardan alınan nümunələrlə müqayisə etdikdən sonra bu nəticəyə gəliblər.

Araşdırma müəllifləri bu dəyişikliklərin beynin pozulmasına və depressiv simptomların ortaya çıxmasına səbəb ola biləcəyini etiraf etsələr də, bunun astrositlərin hansı funksiyaları ilə əlaqəli olduğunu və bu hüceyrələrin sayının necə artırılacağını hələ öyrənə bilməyiblər.

Bununla belə, elm adamları nikbin düşüncədədirlər: neyronlardan fərqli olaraq, astrositlər yetkin insanlarda belə çox sayda əmələ gələ bilir. Buna görə də, onların saylarının azalmasının səbəbi tapılsa və düzəltmək üçün bir yol tapılsa, xroniki depressiyalı bir çox insana kömək etmək mümkün olacaq.