“Instagram” təhqirə yol verənlərin hesablarını siləcək

0
94

“Instagram” sosial şəbəkəsinin rəhbərliyi şəxsi danışıqlarda nifrət zəminində mesajlar göndərən istifadəçilərin hesablarını bloklayacağını açıqlayıb.

Əvvəllər “Instagram” qaydalarına zidd mesajlar göndərilən zaman yalnız müvəqqəti olaraq şəxsi yazışmalar aparmaq qadağan olunurdu.

Sosial şəbəkə rəhbərliyi artıq mesaj göndərmə məhdudiyyətlərini keçən və yalnız təhqir göndərmək üçün yaradılan hesabları deaktiv edəcəyini bildirib.

Bundan əlavə, tezliklə bütün “Instagram” istifadəçiləri abunə olmadıqları hesablardan şəxsi mesajları bloklamaq imkanına sahib olacaqlar. Hal-hazırda bu imkan yalnız şirkət hesabları və çox sayda izləyicisi olan hesablar üçün keçərlidir.