Hindistanlı fermerlərdən hökumətə ultimatum: Parkları şumlayıb, əkin əkəcəyik

0
91

Hindistanda yeni kənd təsərrüfatı qanunlarına etiraz edən fermerlər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölkə parlamentini mühasirəyə alacaqları ilə hədələyiblər.

Bu açıqlama ilə etiraz aksiyalarına rəhbərlik edən “Hindistanlı Fermerlər Birliyi” təşkilatının nümayəndəsi Rakeş Tikait çıxış edib.

“Bu dəfə parlamentin mühasirəyə alınması üçün çağırış olacaq. Bunu elan edərək Dehliyə gedəcəyik. Bu dəfə orada 400 min traktor olacaq!” – deyə kəndlilərin və fermerlərin qurultayında çıxış edən R. Tikait bildirib.

O, əkin əkmək üçün vaxtın yetişdiyini, lakin fermerlərin etirazlarından əl çəkməyəcəklərini, lazım gələrsə, Dehlidəki parkları şumlayaraq orada məhsul yetişdirməyə hazır olduqlarını söyləyib.