Hindistanda fəlakət: onlarla ölü və itkin düşən var – FOTO

0
75
Hindistanda fəlakət: onlarla ölü və itkin düşən var - FOTO

Himalay dağında bir buzlağın qoparaq sürüşməsi və Dauliqanqa çayında daşqınlara səbəb olması faciə ilə nəticələnib.

Hadisə nəticəsində çayın üzərindəki hidroelektrik stansiyalarının işçilərindən 18 nəfər ölüb, 200-dən çoxu itkin düşüb.

Sel suları bir anbarı yıxaraq dərə boyunca axıb. Bölgədə aparılan axtarış-xilasetmə işlərində 25 nəfər xilas edilib.

Bölgədə dondurucu soyuğa rəğmən, fəlakətə səbəb olan buzlağın qopmasının niyə gerçəkləşdiyi araşdırılır.