Hindistanda buzlağın sürüşməsi nəticəsində 150-dən çox insan itkin düşüb

0
44

Hindistanın şimalında yerləşən Uttarakxand ştatında buzlağın sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 150-dən çox insan itkin düşmüş hesab edilir.

İtkin düşənlərin çoxu təbii fəlakətin əsas zərbəsinə tuş gələn “Rişiqanqa” su elektrik stansiyasının işçiləridir.

Nəhəng buz kütlələri Himalayın dağ çaylarına düşərək yüksək dağlıq rayonlarda daşqınlara səbəb olub. Hakimiyyət orqanları həmin ərazilərdə çalışan fəhlələrin həyatı üçün yaranmış təhlükədən ehtiyatlanır.

Daşqınla əlaqədar su elektrik stansiyalarından aşağıda yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyəsinə başlanılıb.

Hadisənin baş verdiyi əraziyə polislər və xilasedici dəstələr göndərilib.