Hansı səbəbdən koronavirusa yenidən yoluxa bilərsiniz?

0
71

Bir dəfə koronavirusa tutulub sağalmış adamlar yenidən bu xəstəliyə yoluxa bilərlər.

Bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.

Artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa, onlar eyni virusa yenidən yoluxa bilər.

“İmmunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində və yaxud digər hansısa səbəbdən zəifləyən zaman da təkrar yoluxma mümkündür.

İnsanlar bir neçə səbəbdən yenidən xəstələnirlər. Koronavirus infeksiyası ömürlük toxunulmazlığa səbəb olmur. Bu su çiçəyi deyil”, – deyə o qeyd edib.