Gürcü jurnalistlər işğaldan azad olunmuş ərazilərimizə yola düşdü

0
45

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Gürcüstanın qabaqcıl Pirveli TV, Mtavari Arxi, İmedi TV, POS TV kanallarının jurnalistləri tərəfindən səfər çərcivəsində işğaldan azad olunmuş Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə və Kəlbəcər rayonları, həmçinin, Suqovuşan və İstisuda çəkilişlərin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, səfər martın 1-dək davam edəcək.