Ermənistandan müharibə iştirakçılarına qarşı ŞOK ƏMƏL: pul qarşılığında…

0
147

Qarabağ müharibəsində iştirak edən ermənilər Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

44 günlük müharibənin onlarla iştirakçısı hələ hərbi biletlərini geri almadıqlarını və döyüş əməliyyatlarında iştirak faktının heç bir yerdə qeyd edilmədiyini bildirib.

Vahram Xaçatryan müharibədə iştirak əvəzində pul vəd olunduğunu, amma müharibədən 3 ay keçməsinə baxmayaraq, heç bir şey almadıqlarını deyib. Bundan başqa, onlara tibbi yardım da göstərilməyib.