Ermənistan Dağlıq Qarabağla bağlı üçtərəfli görüşdə iştirakını təsdiqləyib

0
49

Ermənistan Dağlıq Qarabağla bağlı baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun üçüncü iclasında iştirak etmək niyyətindədir.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun üçüncü iclasının fevralın 27-də Moskvada keçirilməsi planlaşdırılır. Hazırda bütün tərəflər iştiraklarını təsdiqləyib”, – deyə o vurğulayıb.