Ermənistan bu iddia ilə çalxalanır – Xarici İşlər Nazirliyində…

0
55

“Mediaport” Teleqram kanalı Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi Vahan Melikyana qarşı cinayət işinin başlanması barədə məlumat yayıb.

Melikyan korrupsiyada ittiham edilir.

Qeyd edilib ki, məmur rüşvət müqabilində insanları diplomatik vəzifələrə təyin edib.

Teleqram kanalı eyni zamanda bu yaxınlarda “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunçun ABŞ səfiri vəzifəsinə təyin olunmasına dair ictimaiyyətin narazılığına səbəb olacaq məlumatları Melikyanın sızdırdığını yazıb. Makunç bu məlumatı təkzib etməyib və qeyd edib ki, məsələ ətrafında müzakirələr aparılır, lakin hələ heç bir şeyə qərar verilməyib.