“Erməni yalanına inanır, bir boşqab yala hürürlər“ – İTTİHAM

0
322

“Xarici məşhurlar erməniləri türklərin qırdığını iddia edərək onların müdafiəsinə qalxırlar. Həmin məşhurlar böyük bəyanatlar göndərir, bizi vəhşi kimi qələmə verirlər. Mədəniyyət naziri onları bura gətirtməlidir”.

Bu sözləri  Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Sənətçi Vətən Müharibəsi dövründə ermənilərə dəstək olan məşhurların Mədəniyyət Nazirliyi tərəfindən Qarabağa gətiriliməsini tələb edib:

“Dünyaya Azərbaycanı barbar kimi tanıdırlar. Bu belə deyil, biz vandal deyilik, Bakının ortasında iki erməni kilsəsi var. Biz onları dağıtmamışıq. Onlar isə bizim məscidlərdə daşı-daş üstündə qoymayıblar, torpaqları erroziyaya uğradıblar. Yaşadıqları binaları dağıdıblar. Qarabağı külli-xarabazara çeviriblər. Bu qədər ağ yalan, iftira, xəyanət dolu xalqı dünya niyə müdafiə edir? Onların nə marağı var ki, belə edirlər? Dünyanın başı o qədər xarab olub ki, bir boşqab yala hürürlər? Əgər yala hürürlərsə, gəlsinlər biz ermənilərdən də yaxşı, halal yal verək. Onlar həşəratdırlar, insanlıq üçün yaranan faciədirlər, murder, iyrənc tullantıdılar. Mən dünya azərbaycanlılarına, ziyalılara səslənirəm, artıq iş görmək lazımdır. Dünya bilməlidir ki, erməni kimi xalq, dövlət, hakimiyyət yoxdur, onlar heç nəyi həll etmilər. Hər şey kilsədə, diaspora tərəfindən həll olunur. Məzlum erməni rəhbərlərinin heç bir imkanı yoxdur, heç nəyi həll etmək səlahiyyətləri yoxdur. Mən yeni mədəniyyət naziri Anar Kərimovdan ziyalı, ağsaqqal kimi təkidlə xahiş edirəm, bu gün Amerika kino xadimləri – başda Arnold Şvartsenegger, Corc Kluni olmaqla, Fransada Alen Delon, Pyer Rişar kimi məşhurlar erməniləri dünyada cəfakeş, istismar olunan, yazıq xalq kimi göstərirlər. Onları türklərin qırdığını iddia edərək müdafiəsinə qalxırlar. Həmin məşhurlar böyük bəyanatlar göndərir, bizi vəhşi kimi qələmə verirlər. Mədəniyyət naziri onları bura gətirtməlidir, etmirsə, biz öz vəsaitimizlə gətirək. Aparaq Qarabağda bir-bir gəzdirək, gözləri ilə görsünlər sonra bəyanat verib Amerika, Fransa xalqının fikrini dəyişsinlər. Əgər bunu etmirlərsə, bu xəyanət və satqınlıqdır, onları beynəlxalq məhkəməyə verək, cəzalarını alsınlar”.

“Erməni yalanına inanır, bir boşqab yala hürürlər“  - İTTİHAM