Erməni müxalifəti polisə çağırış etdi: Yanımızda durun!

0
102

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə müxalifətin növbəti mitinqi başlayıb.

Mitinq iştirakçıları polis və Milli Təhlükəsizlik Xidmətinin binasına doğru irəliləyirlər.

“İmkan verə bilmərik ki, Paşinyan bu qüvvələrin köməyilə ölkədə dövlət terroru həyata keçirsin və diktatura qursun”, – “vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan bildirib.

Saqatelyan hüquq-mühafizə orqanlarına müraciət edərək, onları indiki rejimə qulluq etməməyə və müxalifətə qarşı güc tətbiq etməməyə çağırıb:

“Xalqınızın yanında durun və vətəninizi xilas edin”.