Dünyada koronavirusun olmadığı yerlər açıqlanıb

0
114

İtaliya dünyada koronavirusdan ən çox zərər çəkən ölkələrdən biridir. Lakin nə qədər qəribə olsa da, planetdə COVID-19-un olmadığı yeganə yer də məhz İtaliyadadır.

Aralıq dənizindəki İtaliyaya məxsus bəzi adalarda ölümcül virus qeydə alınmayıb.  

Bu adalar sahilə uzaq məsafədə yerləşən Linoza, Trimiti arxipelaqına aid San-Nikola və San-Domino, eləcə də Felikudi və Alikuda adalarıdır.

Vulkano adasında isə pandemiya başlayandan bəri cəmi bir koronavirus xəstəsi aşkar olunub