Deputat BNA sədrindən Milli Məclisə şikayət etdi

0
326

Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin iclasında Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimovla aralarında yaranmış mübahisədən danışıb. 

Deputatın sözlərinə görə, 1 həftə bundan qabaq ona tanımadığı nömrədən zəng gəlib:

“Qəzəbli formada bir səs məndən soruşdu ki, Rüfət Quliyev, sənin Vüsalla, yoxsa BNA-yla problemin var?! Dedim ki, danışan kimdir? Dedi ki, Vüsal Kərimovam.  

Mən indiyə kimi eşitməmişəm ki, bir qurumun rəhbəri millət vəkiliylə bu formada danışır. Bu, çox acınacaqlı və təhqiramiz formada danışıq idi. Bu barədə Milli Məclisin rəhbərliyinə də məlumat verdim. Hər bir məsələnin həllinin kökü var”.

O qeyd edib ki, Bakının bir neçə küçəsində yolu daraldırlar:

“Guya maşınların park olunması üçün şərait yaradırlar. Əməlli-başlı istehkamlar qururlar. İndi yolu niyə qısaldırsınız? Buna görə nə qədər qəzalar baş verir”.