Daha bir əfsanə “Real”ı tərk edir

0
47

Yayda “Real”ın düşərgəsindən daha bir əfsanəvi futbolçu ayrılacaq.

Serxio Ramos “kral klubu”nu tərk edəcək.

Müdafiəçinin artıq qəti qərar qəbul etdiyi bildirilir.

Ramosun hansı komandaya keçəcəyi barədə məlumat verilmir. Ancaq onunla “Mançester Yunayted” və PSJ ciddi maraqlanır.

Ramos “Real”da 2005-ci ildən çıxış edir. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub ona yeni müqavilə təklifi etsə də, Ramos bundan imtina edib.