Cib telefonu uşaqlarda xərçəng xəstəliyi yaradır – XƏBƏRDARLIQ

0
176

Elektromaqnit dalğaların xüsusilə uşaq və gənclərdə xərçəng riskini artıra biləcəyi söylənilib.

Hər il dünyada 400 mindən çox uşaq və 20 yaşdan aşağı yetkinə xərçəng diaqnozu qoyulur.

Xərçəngə tutulan uşaqların həyatda qalma nisbəti yüksək gəlirli dövlətlərdə 80, orta və aşağı gəlirli ölkələrdə isə 20 faiz müəyyən olunub.

Dünya üzrə uşaqlıq dövrü xərçənglərinin təxminən üçdə biri lösemidir. Bu xəstəlikdən sonra beyin və mərkəzi sinir sistemi şişləri, lenfomalar və tiroid xərçəngləri gəlir.

Mütəxəssislər ionlaşdırıcı radiasiyanın uşaqlıq dövrü xərçəngləri üçün risk daşıdığı və bunun lösemi və tiroid xərçənglərini artıracağını bildirib.

Qeyd edək ki, cib telefonlarından çıxan elektromaqnetik dalğalar Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən “ola biləcək kanserojen” adlandırılıb. Buna görə bu günün yetkinlərinə görə həyatları boyu daha çox radio tezlikli elektromaqnit sahəyə məruz qalacaq uşaqlar və gənclərin cib telefonu istifadəsinin məhdudlaşdırılması tövsiyə edilir.