Bu il Qələbə paradı keçiriləcək? – RƏSMİ CAVAB

0
103

Koronavirus pandemiyasına baxmayaraq, Rusiyanın paytaxtı Moskvada Böyük Vətən müharibəsində qələbənin 76 illiyi şərəfinə təntənəli parad keçiriləcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə bildirib.

“2021-ci ildə Zəfər paradı mütləq keçiriləcək, buna şübhə yoxdur. Bilirsiniz ki, 2020-ci ildə parad oldu. Buna görə, şübhəsiz ki, bu il də parad olacaq”,- Peskov qeyd edib. Yu Sərfəlidir

Hərbi qulluqçular aylardır Böyük Vətən müharibəsində qələbənin 76 illiyi şərəfinə keçiriləcək təntənəli tədbirə hazırlaşır. Ötən il Qırmızı Meydandakı parada 14 mindən çox hərbçi, 216 texnika, 75 təyyarə qatılmışdı.