Belçika parlamentində Qarabağ müzakirəsi

0
42

Belçika Krallığının Flandriya Regional Parlamentinin Xarici Əlaqələr, Avropa Məsələləri, Beynəlxalq Əməkdaşlıq və Turizm Komitəsinin üzvləri ikinci Qarabağ müharibəsinə dair müzakirələr keçiriblər.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov müzakirələrdə iştirak edib.

Səfir komitə iclası zamanı ikinci Qarabağ müharibəsinin gedişatı, səbəb və nəticələrinə dair ətraflı məlumat verib və parlament üzvlərini mövcud vəziyyətlə tanış edib.

Diplomat Avropa İttifaqının (Aİ) Azərbaycanla əsas iqtisadi tərəfdaşlığını nəzərə alaraq, birliyə üzv dövlətlər tərəfindən münasibətlərin daha da inkişafı üçün siyasi təkan verilməsinin vacibliyini vurğulayıb.

Fuad İsgəndərov daha sonra komitə üzvlərinin çoxsaylı suallarını cavablandırıb.