Bakıda qarlı havaya görə ekspress avtobuslarla bağlı XÜSUSİ QƏRAR

0
86

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.