Bakıda qarlı hava ilə əlaqədar qurulan çadırların – SİYAHISI

0
42

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün paytaxtın beş ərazisində çadırlar quraşdırılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, çadırlar: Nərminov rayonu – Nərminov metrosunun çıxışı, Yasamal rayonu – İnşaatçılar metrosunun çıxışı, Binəqədi rayonu – Azadlıq metrosunun çıxışında quraşdırılıb.

Həmçinin Sabunçu rayonu və Xəzər rayonu ərazisində də çadırlar quraşdırılıb.

Çadırlar qarlı hava davam edən günlərdə sözügedən ünvanlarda qalacaq.

Qeyd edək ki, Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırların quraşdırılması BŞİH və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.