Bakıda avtobusdan külli miqdarda pul tapıldı

0
228

Fevralın 11-də “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 199 saylı marşrut xətti üzrə hərəkət edən 99 JL 484 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlərdən biri içərisində 2000 ABŞ dolları, 68 manat, sənədlər və digər əşyalar olan çantasını itirib.

Bu barədə müraciət daxil olan kimi şirkətin əməkdaşları tərəfindən lazımı araşdırmalar aparılıb və kamera görüntüləri yoxlanılıb. Çanta operativ şəkildə aşkarlanaraq sahibi X.Zeynalovaya təqdim edilib. Həmçinin hadisənin baş verdiyi avtobusun sürücüsü və sərnişinlə görüş keçirilib.

Onlara şirkət adından hədiyyələr təqdim edilib