“Aztelekom”a yeni baş direktor təyin edilməsi xəbəri yalandır – Nazirlik

0
337
"Aztelekom"a yeni baş direktor təyin edilməsi xəbəri yalandır - Nazirlik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə nazirliyin mətbuat xdimtindən bildiriblər ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri heç bir rəsmi sənəd imzalamayıb.

Qeyd edək ki, Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra etməkdə davam edir.