Azərbaycandan Gürcüstana nə qədər pul köçürülüb?

0
261

2021-ci ilin yanvar ayında Gürcüstandan Azerbaycana 1 milyon 137,1 min ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

Bu, 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 7,6 faiz azdır. Əvvəlki ayın (2020-ci il dekabr) göstəricilərinə nəzərən isə Gürcüstandan Azərbaycana pul transferlərinin həcmi 32,2 faiz azalıb.

Ötən ay ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 5 milyon 319 min dolları təşkil edib. Köçürmələrin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə 3,1 dəfə artıb. Pul transferlərin həcmi əvvəlki aya (2020-ci il dekabr) nisbətən isə 8,2 faiz azalıb.

Gürcüstana pul köçürmələri həyata keçirən ölkələr arasında Azərbaycan 16-cı pillədə qərarlaşıb. Gürcüstanın ən çox pul transferləri həyata keçirdiyi ölkələr sırasında isə Azərbaycan Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü pillədədir.