Azərbaycanlı BMT-nin komitəsində yüksək vəzifəyə seçildi

0
98

Azərbaycanlı beynəlxalq komitəyə vitse-sədr seçilib.

Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) vitse-sədri (Vice-Chairperson) seçilib.

İlk dəfədir ki, azərbaycanlı sözügedən komitəyə vitse-sədr seçilir.

Qeyd edək ki, E.Səfərov hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri olaraq çalışır.