Azərbaycandan Rusiyaya ixrac edilən pomidor geri qaytarılıb

0
71

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) Dağıstan Respublikası İdarəsinin müfəttişləri tərəfindən Azərbaycandan bu ölkəyə fevralın 1-dən 18-nə qədər olan müddətdə ümumi çəkisi 50,4 ton olan üç partiya pomidorun keçirilməsinə icazə verilməyib.

Tərəvəzlərdə təhlükəli Cənubi Amerika pomidor güvəsi aşkar edildiyi üçün onların Rusiya Federasiyası ərazisinə gətirilməsi qadağan edilib.

Departamentdən bildirilib ki, mallar Azərbaycana qaytarılıb.