Azərbaycanda daha beş nəfər koronavirusdan öldü – FOTO

0
49

Azərbaycanda son sutkada koronavirusa 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 995 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3178 nəfər vəfat edib, aktiv xəstə sayı 2303 nəfərdir.

Ölkədə son sutka ərzində 9 715, hazırkı dövrədək isə 2 495 198 test aparılıb.