Azərbaycanda 20 yaşlı tələbənin intiharı ilə bağlı YENİ XƏBƏR

0
24

Sumqayıt şəhərində tələbə qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sumqayıt şəhərindəki bulvarda özünü dənizə ataraq həyatına son qoyan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli teleqramda “pdf kitablar” kanalının yaradıcılarından biri imiş və işgüzar tələbə kimi tanınınrmış. Tələbə yoldaşları 20 yaşlı Vüsalənin şəxsi problemlər səbəbindən belə bir addım ata biləcəyini deyiblər.

Qeyd edək ki, V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.

Faktla bağlı cinayət işi açılıb, araçdırma aparılır.