Ermənistan Azərbaycanla sərhədyanı kənd sakinlərinə silah paylamaq fikrinə düşüb

0
94

Ermənistan Azərbaycanla sərhədyanı kənd sakinləri üçün ov silahının daşınmasını leqallaşdırmaq istəyir.

Bu barədə “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, bir sıra sərhədyanı yaşayış məntəqələrinin sakinləri ov silahlarının leqallaşdırılmasının vətəndaşların təhlükəsizliyinin əlavə təminatı olacağını iddia edərək millət vəkillərindən onlara silah gəzdirmək hüququnun verilməsini xahiş edib. Hakim “Mənim addımım” bloku fraksiyasının deputatı Armen Xaçatryan və Ermənistan parlamentinin müstəqil deputatı Sergey Baqratyan da qanunvericilik təşəbbüsü ilə çıxış edərək “Silah haqqında” qanuna dəyişiklik təklifi verib.

“Bu dəyişikliyin nə ilə nəticələnəcəyini zaman göstərəcək”, – qəzet qeyd edir.