Azərbaycan ordusu ən güclülər arasındadır – Rus deputat

0
185

Prezident İlham Əliyev Azərbaycanın ədalətli mövqeyini beynəlxalq tribunalarda və KİV-lərə müsahibələrində müdafiə etməklə yanaşı, Azərbaycanın gücləndirdi, onun iqtisadiyyatını inkişaf etdirdi və siyasi mövqelərini möhkəmləndirdi. Bütün dünya bunun şahidi oldu.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev müsahibəsində bildirib.

“Həmçinin bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Bütün bunların nəticəsi olaraq Azərbaycan torpaqları otuz illik işğaldan azad olundu və dinc həyata qovuşdu. Bu, bütün azərbaycanlılar üçün qürur mənbəyidir. İlham Əliyevin Qarabağ siyasəti tam bəhrəsini verdi, Azərbaycan Prezidentinin adı isə əbədi olaraq ölkə tarixinə düşəcək”, – Savelyev vurğulayıb.