Azərbaycan idmançısı “Böyük Dəbilqə”də çempion oldu

0
53

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ilk günündə Azərbaycan idmançısı qızıl medal qazanıb.

Olimpiadaya reytinq xalları qazandıran yarışın ilk günündə Azərbaycan millisinin yeddi üzvündən yalnız Davud Məmmədsoy tatamiyə çıxıb.

60 kq çəki dərəcəsində yarışan idmançımız finalda Gürcüstan cüdoçusu Temur Nozadzeni ippona salaraq çempion tituluna yiyələnib.