Annanın dəbdəbəli həyatı Ermənistanı bir-birinə qatdı

0
121

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın dəbdəbəli həyatı ölkəsində gündəm yaradıb.

Anna Akopyanın dəbdəbəli həyatı Nikol Paşinyanın “quru maaş”la dolanmadığı şübhələrini artırıb.

Baş nazir hər ay ailə üzvlərinin hesab kartına külli miqdarda vəsait köçürür. Araşdırmaçı jurnalistlər bu vəsaitlərin hökumət başçısı maaşından qat-qat çox olduğunu yazırlar. Qəzetin bu barədə hökumətə ünvanladığı suala da cavab gəlməyib. Bu da Nikol Paşinyanın rüşvətə qurşanması, eləcə də ailə üzvlərinin mənşəyi məlum olmayan pullar hesabına dəbdəbəli həyat sürməsi ehtimalını daha da artırıb.

“İravunk”un bu barədə silsilə yazıları Ermənistanı bir-birinə qatıb və sosial şəbəkələrdə Paşinyan ailəsinin dəbdəbəli həyatı, xərclədiyi fantastik məbləğlər geniş müzakirə olunmaqdadır.