Ağ Ev koronavirus qurbanlarının xatirəsini 500 şamla yad etdi – VİDEO

0
72

ABŞ prezidenti Co Bayden xanımı Cill və birinci vitse-prezident Kamala Harris ilə birlikdə ölkəsində sayı yarım milyonu ötən koronavirus qurbanlarını anıb.

Bu münasibətlə Ağ Evin pillələri üzərində və eyvanında 500 şam yandırılıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ölkədə koronavirusdan ölənlərin sayının yarım milyona çatması ilə əlaqədar beş günlük matəm elan edib.