ABŞ-da tullantıların emalı zavodunda dəhşətli yanğın, xəsarət alanlar var – VİDEO

0
50

ABŞ-ın Nyu-Cersi ştatında yanğın baş verib.

Hadisə məişət tullantılarının emalı zavodunda qeydə alınıb.

Hadisə yerinə beş ətraf rayondan 150-dən çox yanğınsöndürən texnika cəlb olunub. Mütəxəssislər bildirirlər ki, yanğının söndürülməsinə bir neçə gün vaxt lazımdır.  

Hazırda bir yanğınsöndürənin hadisə yerində xəsarət aldığı haqqında məlumat var. Onun xəstəxanaya çatdırıldığı bildirilir. Digər zərərçəkmişlərə isə yerindəcə yardım göstərilir.

Yanğının səbəbləri araşdırılır.