Əməkdar artist əməliyyat olunmasından danışdı: “Bütün Azərbaycan mənə zəng edir”

0
73

“Üzümdə yüngül əməliyyat etdirmişəm, bunu şişirdib sensasiyaya çeviriblər. Bilmirəm niyə belə oldu. Bu yaşa qədər heç bir kosmetoloji müdaxilə etməmişəm. İndi də bütün Azərbaycan mənə zəng edir”.

Bu sözləri Əməkdar artist Kübra Əliyeva xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Sağlamam, yaxşıyam, evdəyəm. Odur ki, insanlar narahat olmasın. Bu yaxınlarda koronavirus əleyhinə vaksin də vurdurmuşam. Özümü normal hiss edirəm. Heç bir əks əlaməti olmayıb”, – aktrisa əlavə edib.