Yüngül keçən koronavirusun ağır fəsadları ola bilər

0
103

Yaponiyalı həkim Koiti Hirahata koronavirusun yüngül formasının ciddi nəticələri barədə xəbərdarlıq edib.

Hirahata bir çox xəstə üçün xəstəliyin nəticələrinin virusun özündən daha pis olduğunu deyib.

Onun sözlərinə görə, koronavirusun təsirini göstərənlərin üçdə birindən çoxu yoluxduqdan sonra yataq xəstəsi olublar.

Həkim bildirib ki, yalnız bir gün hərarəti olan və ya heç bir simptomu olmayanlar da ciddi nəticələrlə üzləşə bilər.

Qeyd edilir ki, koronavirusun təsirlərindən əziyyət çəkən xəstələrin 97,1 faizi zəiflikdən, 86,8 faizi depressiyadan, 83 faizi isə “başında dumandan” şikayətlənir. Simptomlar arasında baş ağrısı, yuxusuzluq, nəfəs darlığı, iştahsızlıq, saç tökülməsi və bədən ağrısı da var.