Yeni ildə Azərbaycanın ilk futbol matçlarının vaxtları bilindi

0
137

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyun cədvəli məlum olub.

İlin ilk oyunları yanvarın 21-i saat 16:00-da başlayacaq.

İki günü əhatə edəcək turun üç görüşü “CBC Sport” kanalı vasitəsilə, biri isə Peşəkar Futbol Liqasının (PFL) saytında canlı yayımlanacaq.

21 yanvar

16:00 “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu (canlı/pfl.az)

16:00 “Səbail” – “Neftçi”
“ASCO Arena” (canlı/CBC Sport“)

18:00 “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, (canlı/CBC Sport“)

22 yanvar

16:00 “Keşlə” – “Sumqayıt”
“ASK Arena” (canlı/CBC Sport“)

Bundan başqa, V turdan təxirə salınmış, yanvarın 28-də keçirilməli olan “Qarabağ” – “Səbail” matçının da başlanma vaxtı müəyyənləşib. “Azərsun Arena”dakı qarşılaşma da saat 16:00-da başlayacaq.