Xankəndi şəhəri 1920-1930-cu illərdə – FOTO

0
197

XVIII əsrin sonunda İbrahimxəlil xanın (1732-1806) əmri ilə yaradılan və xanlığın paytaxtı Pənahabadın (Şuşa şəhəri) yaxınlığında yerləşən Xankəndi adından da göründüyü kimi (Xanın kəndi) Qarabağ xanlarının istirahət iqamətgahı olub.

Bundan əlavə, xanın dünya şöhrətli Qarabağ atlarının saxlandığı tövlələri də Xankəndidə yerləşib.

Xankəndi XIX əsrin ortalarında Qarabağ xanlığının 1805-ci ildə Rusiya İmperiyasına birləşdirilməsindən, 1822-ci ildə xanlığın ləğvi və Rusiya vilayətinə çevrilməsindən sonra praktiki olaraq öz istirahət iqamətgahı dəyərini itirən kiçik bir kənd idi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci illərdə gələn əhalinin yerləşməsi üçün kənd sürətlənmiş bir templə şəhərə çevrilməyə başladı.

Azerhistory.com sovet hakimiyyətinin ilk illərindəki Xankəndinin fotolarını təqdim edir:

1920-ci illər. Asfalt zavodu

1920-ci illərin ikinci yarısı. Mərkəzi şəhər meydanının salınması

1929-1930-cu illər. Şəhərin mərkəzi panoraması

1929-1930-cu illər

1929-1930-cu illər. Şəhər mərkəzi

1930-cu illər. XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid bina

1920-1930-cu illər. 19-cu əsrə aid tikili

1930-cu illər. İnqilabdan əvvəlki tikililər olan küçə

1930-cu illər. İkimərtəbəli bina

1930-cu illər. 19-cu əsrin sonlarında yaşayış binası

1930-cu illər. 2 nömrəli uşaq bağçası

1930-cu illər. Formalaşmaqda olan şəhər meydanında 19-cu əsr pravoslav kilsəsi

1930-cu illər. Raikulttorq mağazası 19-cu əsrin sonlarında bir binada

1930-cu illər. 1 May nümayişi

1936 il. Uşaq bağçası gəzintidə